Dünyaİran

Amerikalı senator: İran öz şantajçı üzünü göstərdi

Amerika Senasının Xarici ilgilər Komitəsinin yüksək səviyyəli üzvü Cim Riş İran rejimini və Amerikanın indiki dövlətini atom anlaşmasına qayıtmaq səylərini kəskin qınayıb. O, Amerika ilə Avrupa tərəflərini İranla atom danışıqlarını dayandırmağa çağırıb.
Uluslararası Atom Enerjisi Ajansı son günlərdə bildirib ki, Tehran uluslararası ba:zrəslərin atom proqramı ilə bağlı əsas məlumatlar əldə etməsinə mane olur. Amerikalı senator İran rejiminin bu davranışını “şantaj” adlandırıb və atom anlaşmasına geri qayıtmamağa səsləyib.
O öz Tuiter səhifəsində yazıb: “Bayden dövləti qüsurlu atom anlaşmasını xilas etməyə çox çalışarkən, Uluslararası Atom Enerjisi Ajansı İran rejiminin Uluslararası müfəttişlərin atom fəaliyyətləri ilə bağlı önəmli məlumatlar əldə etməsinə qarşı maneələr yaratdığını ifşa edib”.
O artırıb: “İran bu atom şantajında əsl üzünü göstərdi. Hərtərəfli Birgə Fəaliyyət Planına yəni (BƏRCAM)a yenidən qoşulmamalıyıq”.

Related Articles

Bir cavab yazın

Back to top button