BölgəCəmiyyətİran

Wall Street Journal: İranlı hakerlər Bəhreynin dövlət qurumlarına hücumda şübhəli bilinir

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, “The Wall Street Journal” nəşriyyəsinin avqustun 7-də yaydığı məlumatda İran hökuməti ilə əlaqəli olduğu güman edilən haker qrupu son bir ayda Bəhreynin əsas infrastrukturuna və dövlət kompüterlərinə hücum etdiyini bildirib.

Məlumatda əlavə edilir ki, bu hücumlar bölgədəki gərginliyi daha da kəskinləşdirmək məqsədilə İranın kiberhücumları artırmaqla bağlı bölgə liderləri arasında narahatlığı artırıb.

Məlumatlı mənbələr “Wall Street Journal”-a bildiriblər ki, İranın bölgədəki kiberhücumları əvvəlki dövrə nisbətən daha da artıb.

“Hakerlər bazar ertəsi günü Bəhreyn əsas cinayət araşdırmaları qurumu sayılan ölkənin Milli Təhlükəsizlik Agentliyinin, eləcə də Daxili İşlər Nazirliyinin sistemlərinə və Baş nazirin birinci müavininin məlumat bazasına sızıblar”,- deyə bu barədə Amerika qəzetinə məlumatlı mənbə xəbər verib.

Məlumatda həmçinin qeyd edilir ki, Bəhreyn höküməti habelə iki həftə əvvəl (25 iyul) bu ölkənin Su və Elektrik təchizatı İdarəsinə edilən kiberhücumlar barədə məlumat alıblar.

Məlumatlı mənbənin sözlərinə görə, bəzilərinin son hücumların İranın Bəhreynin cari işlərini pozmaq qabiliyyətini bir növ sınağı yoxlamaq məqsədilə edildiyi qənaətindədir.

“Onlar bəzi sistemləri öz nəzarətində saxlayırdı”,-deyə o əlavə edib.

Bundan əvvəl də ehtimal ki, İran hökumətinə bağlı olduğu güman edilən hakerlərin mütəşəkkil hücumları barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, təhlükəsizlik şirkəti olan “Fire İ”, keçən il yaydığı məlumatda, Səudiyyə və Qərbin iqtisadi və hərbi şirkətlərinə edilən hücumların arxasında İran hökumətinə bağlı olduğu ehtimal edilən hakerlərin dayandığını bildirmişdi.

Şirkət əlavə edib ki, hakerlər 2012-ci ildə Səudiyyə Ərəbistanında on minlərlə kompüteri məhv edən zərərli proqramdan istifadə ediblər.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button