Moderna şirkətinin alimləri xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərə qarşı təsirli olacaq yeni peyvəndlərdən istifadə etməklə milyonlarla insanın həyatını xilas edə biləcəyini bildiriblər. Şirkət onların yeni peyvəndlərinin 2030-cu ilə qədər istifadəyə hazır olacağına əmindir.
Araşdırmalar göstərib ki, bu vaksinlərin böyük potensialı var. Tədqiqatçılar hesab edirlər ki, koronovirus peyvəndlərinin uğuru digər vaksinlərin istehsal prosesinin təəccüblü surətdə sürətlənməsinə səbəb olub.