Dünyaİran

Britaniyada Xameneiyə bağlı mərkəzin işçiləri qovuldu

Böyük Britaniya Xeyriyyə Komissiyası İran lideri Əli Xameneyiyə bağlı "İslam Mərkəzi"nin məsullarının işdən çıxarıb.

Komissiyanın yaydığı bəyanatda bildirilir ki, mərkəzin idarə olunması ilə bağlı ciddi narahatlıqlar və bu mövzuda araşdırma aparması ilə əlaqədar şübhələr mövcuddur.

İslam Mərkəzinin məsulları habelə qanuni vəzifə və öhdəlikləri yerinə yetirməməkdə və xeyriyyə fondunun aktivlərini qorunmamaqda ittiham olunublar.

Böyük Britaniyanın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugenhut mərkəzin bağlanmasını alqışlayıb.

“Mən İranın İngiltərədəki təhdidləri ilə bağlı xəbərdarlıq etmişdim. Tehran rejimi ilə əlaqəli olduğu bildirilən və onun məsul müdirinin İranın rəhbəri tərəfindən təyin edilən bu mərkəzin rəhbərlərinin vəzifədən çıxarılması alqışlanacaq bir hadisədir”,- o bildirib.

Qeyd edək ki, bundan öncə İranda etiraz aksiyaları keçirildiyi vaxt, İngiltərədə yaşayan iranlılar mərkəzin binası qarşısında qurumun bağlanması tələbi ilə aksiyalar keçiriblər.

İngiltərədə yaşayan müxalif iranlılar İslam Mərkəzinin Tehran rejiminin casusluq yuvalarından biri olduğunu bildirən və onun bağlanmasını tələb edən petisiya imzalayarq və London hökumətinə vermişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button