AzərbaycanBölgəİqtisadiyyatİran

Xəzəryanı ölkələr nərə balığının ovlanması qadağasını 2020-ci ilin sonunadək uzatdı

Xəzəryanı ölkələrin (5 ölkə) nümayəndələrindən ibarət Xəzər Dənizinin Təbii mənbələri üzrə birgə komissiya, Xəzər dənizində təbii mənbələr və ölkələrin balıq ovunda payı məsələsini müzakirə ediblər.

Bu barədə Rusiyanın Şilat İdarəsi məlumat yayıb.

İranın Şilat Təşkilatının rəisi Nəbiullah Xunn Mirzayi bu xəbəri təsdiqləyərək Xəzərdə canlıların qorunması ilə bağlı imzalanan əməkdaşlıq razılaşmasına əsasən nərə balığı ehtiyatlarını bərpa etmək üçün bu balıqların ticarət hədəfli ovunun qadağası 2020-ci ilə qədər uzadıldığını bildirib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizində nərə balığı ehtiyatı çox narahatedici həddədədir. Buna görə, bu balıqların ticarət üçün ovlanması 2020-ci ildə də qadağandır. Yalnız araşdırma və təhqiqat üçün ovlana bilər.

Sahilyanı ölkələr, habelə, Xəzər dənizinin canlılarının icazəsiz ovlanmasına qarşı mübarizə barədə sənəd layihəsi hazırlamaq və Türkmənistanda keçiriləcək iclasda imzalamaq barədə razılığa gəliblər.

“Sənədə əsasən, Xəzərdə sümüklü kilkə balığının ovlanması ilə bağlı da proqram qəbul edilib”, – İranın Şilat Təşkilatının rəisi deyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close