Site icon Aznews TV

Xəzər dənizində növbəti monitorinqlər keçiriləcək

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov  bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 4-16 noyabr tarixlərində Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Cənub-Şərqi Qoltuq, Kürdili və Lənkəran məntəqələrində tədqiqatlar aparılacaq, vizual müşahidələr həyata keçiriləcək.

Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək.(Report)

Exit mobile version