Ətraf Mühitİran

Xalxalın Ağ Dağ qoruğunda baş verən yanğın söndürüldü – Mehdi Kəsayı

Xalxalın şəhərinin Ağ Dağ qoruğunda baş verən yanğın söndürülüb.

Aznews.tv İRNA-ya istinadən xəbər verir ki, bu barədə Xalxal Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəis əvəzi Mehdi Kəsayi məlumat verib.

“Yanğın Ağ Dağ qoruğunun Lord kəndinin Mahi Səra kəndinə gedən istiqamətində və Bolala dağı deyilən yerlərində baş verib. Xalxal şəhərinin yanğın söndürən briqadası vaxtında hadisə yerinə olub və yanğını nəzarətə alaraq söndürüb. Yanğın qoruğa dincəlmək məqsədi ilə gələn qonaqlar və ya çobanların səhvi nəticəsində baş verib. Onlar od yandırır, lakin sonra nəzarətdən çıxır və beləliklə, sahələr yanır. Yanğın onsuz da getdikcə sahəsi azalan vəhşi heyvanlar və yabanı bitkilərin məhv olmasına aparıb çıxarır. Beləliklə, vəhşi heyvanlar və bitki növlərinin tökənməsinə gətirib çıxara bilər”, – Kəsayi bildirib.

Qeyd edək ki, Ağ Dağ qoruğu Xalxal şəhərinin cənub şərqində 34 km fasilədə ilə yerləşir. Qoruğun sahəsi (məsahəti) 64 min hektardır. Qoruğun dəniz səviyyətindən hündürlüyü Qızıl Üzən çayı sahilində 600 metr, ən hündür nöqtədə isə Ağ Dağ qülləsi 3322 m-dir. 2009-cu ildən bəri bu zona qoruq hesab olunur. Əlavə edək ki, cari ildə meşələrdə və otlaqlarda keçmişdə heç bir zaman müşahidə olunmayan yanğınlar baş verib. Bu yanğınların çoxu isə Azərbaycanın payına düşüb. Belə ki, Qaradağ meşələrində baş verən yanğın 650 hektar meşəlik ərazini külə döndərib.

Related Articles

Bir cavab yazın

Back to top button