Cəmiyyətİran

Xameneinin istefasına imza atanların digər qrupuna da həbs cəzası verildi

İnqilab məhkəməsi Xameneinin istefası bəyannaməsinə imza atanlardan daha beş nəfərə həbs cəzası verib.

Həbs edilənlərdən Şəhla Cahanbin, Giti Purfazil, Zəhra Camali və Şəhla Entesari hər birinə üç il altı ay cəza kəsilib. Saxlanılanlar Apellyasiya Məhkəməsi tələb etmədikləri üçün bu hökm 27 ay həbsə qədər azaldılıb. Nəges Mənsuriyə adlı digər şəs altı il azadlıqdan əhrum edilsə də, “Əhkam Təcmi” qanununa əsasən, 5 ili icra oluna bilər.

Sözügedən şəxslər “ölkənin təhlükəsizliyi əleyhinə törətdiyi qanunsuzluq” və “Rejim əleyhinə təbliğat”da günahlandırılıblar.

Xatırladaq ki, bir qrup siyasi və mədəni fəal 2019-cu ilin 11 iyununda imlazadıqları bəyannamədə Əli Xameneinin istefasını tələb etməklə bərabər konstitusiyanın 14-cü maddəsinin dəyişməsini istəyiblər. Məktubu Məhəmməd Nurizad, Məhəmməd Məleki, Mühəndis Haşem Xastar, Gohər Eşqi, Abbah vahedian Şahrudi, Huriyə Fərəczadə, Kamal Cəfəri Yəzdi, Məhəmməd Məhdəvifər, Cavad Ləl Məhəmmədi, Rza Mehrqan, Məhəmmədrza Bayat, Məhəmməd Kərim Beygi, Zərdüşt Əhmədi Rağeb, Məhəmməd Hüseyn Sepehri imzalayıblar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close