Site icon Aznews TV

“Xamneyi, Rəisiyə ölüm, Xomeyniyə lənət”- Tehranda rejim əleyhinə şüarlar səsləndirildi

Bu hücumlar zamanı İran rəhbərlərinin əməllərini pisləyən mesajlar yayılır. Bu dəfə oxşar hadisə Tehran və Şəhryar şəhərlərində baş verib.

Tehranın böyük bazarının səs sisteminə haker hücumu nəticəsində səsgücləndiricilərdən “Xamneyi, Rəisiyə ölüm, Xomeyniyə lənət”, “İranlılar oyaqdır, şah və şeyxdən uzaqdır” və başqa şüarlar səsləndirilib.

Şəhriyar şəhərinin Vəliəsr küçəsində də oxşar haker hücumu baş verib.

Tehran bazarında səsləndirilən şüarlar “Vəliəsr” küçəsinin səsgücləndiricilərindən yayılıb.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

 

Exit mobile version