Site icon Aznews TV

Xamneyinin istefasını tələb edən ictimai fəal həbs edilib

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının verdiyi məlumata görə, həbslə bağlı siyasi fəal Məhəmməd Məhdəvifər özünün sosial media hesabında paylaşım edib.

O, həbsin təhlükəsizlik məmurları tərəfindən həyata keçirildiyini və xanım Mənsurinin harada saxlanıldığı barədə məlumat verilmədiyini yazıb.

Qeyd edək ki, Nərgiz Mənsuri bundan öncə 2019-cu ilin avqust ayında saxlanılaraq “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “hakimiyyətə qarşı təbliğat”da ittiham olunub.

O, 6 il həbsə cəzasına məhkum olunmaqla yanaşı 2 il müddətinə siyasi-ictimai fəaliyyət göstərməsinə qadağa cəzasıda verilib.

Exit mobile version