İran

İranda sutka ərzində 13 260 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində 13 260 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 828 377 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 726 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 479 nəfər koronavirusdan ölüb.

Beləliklə İranda bu virusdan ölənlərin sayı 43 896 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 589 025 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button