Site icon Aznews TV

XANIMLARIN ZORXANA İDMANI İLƏ MƏŞĞUL OLMASINA TƏLƏBƏLƏR ETİRAZ ETDİ

İranda dini tələbələr və “silahlı qüvvələrin nümayəndələri” xanımların zorxana idman növü ilə məşğul olmasına etiraz ediblər
İranda xanımların zorxana idman növü ilə məşğul olmasına qarşı çıxanlar 18 xordad, bazar günü Tehranın “şəhid Əraqi” zorxana idman salonunun qarşısında etiraz yığıncağı keçiriblər.
İSNA xəbər ajansı, etirazçıların “bir qrup zorxana idman növü üzrə pişkisvətlər və dini tələbələr” olduğunu bildirib.
Etirazçılar, xanımların zorxana idman növlərinə qatılmalarını “dözülməz və iyrənc” və Zorxana İdman Federasyonunun “məs`ulları üçün ləkə” kimi qiymətləndiriblər.
Açıqlamada, “Qum Tələbə Birliyi” üzvləri və “silahlı qüvvələrin nümayəndələri”nin də etirazlara qatıldıqları bildirilib.

Exit mobile version