Site icon Aznews TV

Xaricdə yaşayan azərbaycanlılar üçün “Ana dili” məktəbi fəaliyyətə başlayır

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli bir layihənin tətbiqinə start verir. 2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.

“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində onlayn, məsafədən öyrənmə imkanını təmin edən layihədir.

Qeydiyyat prosesi bu il iyulun 12-dək anadili.agma.az platforması vasitəsilə aparılacaq.

#Azerbaycan

Exit mobile version