Site icon Aznews TV

Xilasedicilərimiz Kahramanmaraşda – ZƏLZƏLƏ BÖLGƏSİNDƏ

günün ikinci yarısından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşün Azərbaycanın xilasediciləri artıq Kahramanmaraşa gəliblər.
Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələrin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Qeyd edək ki, Türkiyədə zəlzələ qurbanlarının sayı 2921-ə çatıb, 15 834 yaralı var. Dağıntıya məruz qalmış bina sayı isə 6217-dir.
Exit mobile version