Cəmiyyətİran

Xiyavda farsca bilməyən uşaq məktəbə qəbul edilmədi

Xiyavın kəndlərindən birində ata mahalın təhsil şöbəsinə gələrək övladının məktəbə qəbul edilməsinə icazə verilməsi üçün yalvarıb.

Aznews.tv xəbər verir ki, məktəbə qəbul üçün gətirilən uşaq farsca soruşulan suallara (Fars dili yetərliyi) cavab verə bilməyib.

Bu səbəbdən məktəb müdiri uşağı məktəbə qəbul etməkdən imtina edib. Türk uşaq soruşulan farsca suallara cavab verə bilmədiyi zaman atanın əlinə uşağı haqda “geri zehinli” uşaqlar üçün nəzərdə tutulan məktəbə yazdıra bilərsiniz” yazılı sənəd verilib.

Farsca bilməyən uşaqlar artıq İran təhsil sistemində “geri zəkalı” (istisnai uşaq) kimi xarakterizə edilirlər.

Ata bu olayı qəbul etməyərək ona verilən sənədlə birlikdə idarə heyəti ilə danışmağa, Xiyav Təhsil şöbəsinin müdiri Nuruzadənin yanına yalvarmağa gəlib.

“Bizim əlimizdən heç nə gəlmir. Sizin uşağınız farsca soruşulan sualları cavablamalıydı”, deyə, Nuruzadə bildirib.
Nuruzadə sonda atanı ibtidai təhsil üzrə məsul şəxs ilə danışmağa yollayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close