Cəmiyyətİran

Xiyavda ilk dəfə bitkilərdən sirkə və qətran alınacaq

Xiyavda ilk sirkə və qətran istehsalı fabriki sınaq müddətinə başlayıb.

Aznews.tv xəbər verir ki, bu barədə Xiyav şəhərinin fərmandarı Əkbər Səmədi İRNA-ya açıqlaması zamanı məlumat verib.

Məlumata görə, ilk dəfə olaraq Xiyav şəhərində bitkilərdən sirkə və qətran alınacaq. Bu fabrikdə bitkinin yemi bələdiyyələr və bağbanlar tərəfindən yandırılan yarpaqlı və budamalardır:

“Bu gündən etibarən ağacların istifadə olunmamış və budanmış yarpaqları xüsusən, payızda toplanacaq və üç önəmli maddəyə – alkol, qətran və toz kömürə çevriləcəkdir. Özəl sektor fabrikə 4 milyard tümən sərmayə qoyub ki, bunun bir milyard 200 milyon tüməni dövlət obyektləridir. Fabrik 100-dən çox insana iş imkanı verəcək”.

Xatırladaq ki, Xiyav şəhəri Ərdəbil əyalətinin şimal-qərbində yerləşir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button