İranMədəniyyət

Xiyavda Şəhər Yeri tarixi abidəsinin üstü örtülüb

Şəhər Yeri adlanan tarixi abidədə yer alan daş heykəllərin məhv olmasının qarşısını almaq məqsədi ilə abidənin üstü metal konstruksiya ilə örtülüb.

Aznews.tv “İRNA”ya istinadən xəbər verir ki, bu sözləri Ərdəbil Vilayəti Mədəni İrs, Əl İşləri və Turizm Baş İdarəsinin rəisi Nadir Fəllahi deyib. Fəllahinin sözlərinə görə, tarixi abidədə olan daş heykəllər bundan əvvəl örtüyü olmadığı üçün qar-yağış nəticəsində bir çox zədə alıb. Abidənin məhv olmaq təhlükəsi olub. Bundan əlavə, abidənin örtülməsi tarixi eksponentləri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarmaq istəyən işbazlardan da qoruyur.

“Hal-hazırda abidə ətrafında abadlıq işləri görülür, oraya yol çəkilir və təsisatlar işlənilir. Biz yerli əhalinin tələbini nəzərə alaraq abidə üçün dəmir konstruksiya ilə üstünü örtdük. Bu abidəni və orada olan tarixi əsərləri qorumaqla yanaşı, həm də turistləri cəlb edəcək. Bundan əlavə Şəhər Yeri abidəsində tikilən turist məkanlarının tikintisində 70 faiz irəliləyiş var. Bura gələn turistlərin rifahı üçün namaz otağı və sanitar qovşağı tikilib, 1 km uzunluğunda yola daş düzülüb”, N.Fəllahi bildirib.

Qeyd edək ki, Şəhər Yeri adlanan tarixi abidə Ərdəbil şəhərindən 65 km, Xiyav (Meşkin) şəhərindən isə 31 km fasilədə Ərcə kəndinin yaxınlığında, Qarasu çayına yaxın yerdə yerləşir. Abidənin ümumi sahəsi (məsahəti) 400 hektardır və tarixi miladdan 1450 il əvvələ qayıdır. Tarixi abidə üç hissədən ibarətdir: hərbi qala, məbəd və Qoşatəpə. Qoşatəpənin tarixi isə 7000 il miladdan əvvələ qayıdır. Xəbərdə üstünün örtülməsi deyilən tarixi abidənin yaşı isə miladdan 8000 il əvvələ gedib çıxır. Burada ucalığı 0.7 m dən 3.6 m arasında üzərində naxışlar olan çox saylı daş heykəlləri var. Abidənin ən maraqlı məqamı ondan ibarətdir ki, burada olan daş heykəllərin hamısında insanların əlləri sinələri üzərindədir və heç birinin ağızı yoxdur. Yeganə ağızı olan heykəl isə bir qadın heykəlidir. Abidə 6162 qeydiyyat nömrəsi ilə 2002-ci ildə qeydiyyatdan keçib.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button