İran

BEHDAŞT VƏZİRİ : “VİRUSLA MUBARİZƏDƏ UDUZA BİLƏRİK”

İranın Sağlamlıq Vəziri Səid Nəməki ölkəsində əhalinin və məqamalrın çoxunun KOVID-19 xətərinə diqqət yetirmədiklərindən gileylənib.
“Anadolu” ajansı xəbər verir ki, vəzir bu barədə dövlət televiziyonlarının birinə açıqlama verib:
“Təəssüf ki, ölkəmizdəki insanların çoxu epideminin sona çatdığını düşünür. İki gün öncə Məşhədə getdim. İctimai ara qorunmur, mask taxılmır. Üç aydır əlimizdən gələni edirik. Gördüyüm mənzərə ruhumu yaraladı”.
Onun sözlərinə görə, bəzi məmurlar ona yumşaldılmalarla bağlı təsir göstərir.
“İnsanlar bilmir ki, asanliqla əvvəlki vəziyyətə qayıda bilərik. Belə getsə, koronavirusa məğlub olacağıq”, – deyə vəzir artlırıb.

Related Articles

Bir cavab yazın

Back to top button