Cəmiyyətİran

Xoyda qəza baş verdi: 1 ölü, 12 yaralı

Xoydan Pəsək kəndinə gedən yolda yol-nəqliyyat hadisəsi olub.

Aznews.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan polis rəisi palkovnik Kamal Hüseynzadə məlumat verib.

Məlumata görə, hadisə avtobus ilə “Nissan” markalı yük maşınının toqquşması nəticəsində meydana gəlib. Qəzada “Nissan”ın sürücüsü ölüb, avtobusun 12 sərnişini yaralanıb.

Polis hadisəyə “Nissan”ın yolundan çıxıb, avtobusun yoluna keçməsinin səbəb olduğunu bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan ustanında hər ay 30-40 nəfər baş verən yol qəzalarında həyatını itirir. Bunların əsas səbəbləri diqqətsizlik, sürət həddini pozmaq, yemək, içmək və cib telefonları ilə danışmaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button