
Xoya yağan şiddətli yağışlar bölgəyə sel gəlməsinə səbəb olub.
Aznews.tv xəbər verir ki, sel nəticəsində biri uşaq, biri isə hamilə qadın olmaqla 3 nəfər həlak olub. Hadisə Xoyun Qətur məntəqəsində baş verib. Məlumata görə, iki ailə çay kənarında istirahət edərkən selin qurbanına çevriliblər. Bir saat davam edən axtarış tədbirləri nəticəsində cəsədlər Kefçirin körpüsü ətrafında tapılıb.
Aznews.tv