Dünya

Tramp Amerika və İran münasibətlərindən danışıb

Amerika prezidenti Donald Tramp koronavirus testinin mənfi çıxmasından sonra yenidən seçki kəmpeyninə başlayıb. Prezident mehrin 21-də Florida Əyalətinin Sənford şəhərində çıxışında bildirib ki, İran Amerika ilə razılaşmaq üçün can atır. “Onların daxili naxalis tolidləri yüzdə 28 azalıb. Obama İrana 150 milyard dolar pul verdi, mən isə onlara heç nə verməmişəm. O, hətta İrana 1 milyard 800 milyon dolar nağd pul verib”,-deyə o bildirib. Tramp sözlərinin davamında Sipahın Qüds qüvvələrinin keçmiş fərmandehi Qasım Süleymaninin Amerika tərəfindən öldürüldüyünü vurğulayıb. Onu dünyanın 1 nömrəli terroristi , amerikalı qüvvələrin və dünya əhalisinin çoxunun qatili adlandırıb. Tramp İsrailin paytaxtının Urşəlimə köçürülməsi barədə verdiyi sözün gerçəkləşdiyini bildirərək deyib: “ Bu, 52 ildə başqa dövlətlərin edə bilmədiyi bir işdir. Mənim dövlətim Orta Şərqə bitməyən savaşlar əvəzinə barış gətirdi. Elə buna görə də bir neçə qurum tərəfindən Nobel barış ödülünün verilməsinə namizəd təyin edilmişəm”.

Related Articles

Bir cavab yazın

Back to top button