İran

Şirazda silahlı hücum- Ölənlər var

İranın Fars əyalətinin mərlkəzi Şiraz şəhərində Şah-Çırağ ziyarətgahımda baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bildirilib ki, iki silahlı ziyarətgah ərazisinə daxil olmağa çalışıb, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən il oktyabrın 26-da da Şahçıraq ziyarəthgahına silahlı hücum nəticəsində 13 nəfər ölmüş, çox sayda insan yaralanmışdı.

Xaricdə fəaliyyət göstərən bir sıra media orqanları və İran hökumətinə müxalif təşkilatlar bunun arxasında rejimin təhlükəsizlik qurumlarının əli ola bləcəyi barədə ehtimallar irəli sürüblər.

Related Articles

Bir cavab yazın

Back to top button