Cəmiyyətİran

İranda “Azərab” şirkətinin narazı işçilərini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edildi

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, Ərakın “Azərab” şirkətinin işçiləri oktyabrın 7-i  əmək təhlükəsizliyinin təmin edilməməsinə və maaşlarının təxirə salınmasına etiraz olaraq iki gün şirkətin ərazisində etiraz aksiyası keçiriblər. Xüsusi təyinatlılar etiraz aksiyasını dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.

“Azərab” şirkətinin narazı işçiləri aksiyanın ikinci günündə şirkətin ərazisini tərk edərək etirazlarını insanlara çatdırmaq istəyiblər ki, xüsusi təyinatlı qüvvələr yolu bağlayaraq buna mane olublar. Sosial şəbəkələrdə yayılan videolarda xüsusi təyinatlı etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb.

“Keşavərzi Bankı” “Azərab” şirkətinin əsas səhmdarı kimi bu il sentyabrın 29-da səhmlərinin verilməsinə hazır olmadığını açıqlayıb. Avqust və sentyabr (mordad və şəhrivər) aylarının əmək haqqlarını almayan işçilər, özəl sektordan əl çəkilməsini və zavodun mülkiyyətinin Sənaye İnkişafı və Yeniləmə Təşkilatına qaytarılmasını tələb edirlər.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button