Cəmiyyətİran

Xuzistanda imam cümənin maşını güllələndi

Xuzistan əyalətindəki Mahşəhrin Taliqani rayonunda İmam cümənin maşını naməlum şəxslər tərəfindən atəşə məruz qalıb.

“Gənc Jurnalistlər Klubu”nun məlumatına görə, bu hadisədə Mahşəhrin dörd İmam Cüməsindən biri olan Səlman Haşiminin maşınına ziyan dəyib.

İmam cümənin ofisinin yaydığı bəyanatda maşının zərər gördüyü təsdiqlənib. Bildirilib ki, güllə atıldığı zaman Haşimi ofisdə işlə məşğul olub və İmam Cüməyə bilərəkdən güllə atılması iddiası doğru deyil.

“İki motosiklet sürücüsünün bir-biri ilə şəxsi münaqişəsi olub. Aralarında atılan güllə qəfil imam cümənin maşınına dəyib”

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close