Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Yanlış hesablamalar İranı İsrailin genişmiqyaslı hərbi kampaniyası qarşısında zəif duruma saldı

Yanlış hesablamalar İranı İsrailin genişmiqyaslı hərbi kampaniyası qarşısında zəif duruma saldı.

Bu barədə “New York Times”ın İran rəsmiləri ilə müsahibəsinə əsasən hazırladığı məruzədə bildirilib.

İran tərəfi İsrailin Amerika və İran arasında davam edən nüvə danışıqlarının növbəti mərhələsinə qədər hələ baş verməyəcəyini və hücum haqqında səsləndirilən təhdidlərin yalnız psixoloji təzyiq olduğunu zənn edirdi.

Bu səbəbdən bir sıra önəmli ehtiyat tədbirləri diqqətdən kənarda qaldı. Belə ki, General Əmir Əli Hacızadə də daxil olmaqla, SEPAH-ın yüksək səviyyəli komandirləri bir araya toplaşmamaq göstərişilərinə məhəl qoymadılar və Tehrandakı hərbi bazada görüşərkən İsrail hücumu nəticəsində öldürüldülər.

Həmçinin, “New York Times”a danışan rəsmilər bildiriblər ki, İsrailin hücumu gecəsi yüksək rütbəli hərbi komandirlər təhlükəsiz evlərə sığınmayıb, öz evlərində qalıblar ki, bu taleyüklü qərardır.

İsrail iri şəhərlər və kritik infrastruktur da daxil olmaqla, İran boyu ən azı 15 obyektə zərbələr endirib. Hücumlar hava hücumundan müdafiə vasitələrinə, raket bazalarına və Natanz nüvə obyektinin yerüstü hissəsinə ciddi ziyan vurub. Hazırda rejim məruz qaldığı kəşfiyyat fiyaskosunun nəticələrini aradan qaldırmaq üçün mübarizə aparır.

Related Articles

Bir cavab yazın

Back to top button