Site icon Aznews TV

Yaponiyada 500 minədək insana təxliyə barədə əmr verilib

Bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Kurume şəhərində (Fukuoka prefekturunun cənub-qərbində) azı 115 min nəfər təxliyə əmri alıb. Ərazidə daşqın və sürüşmə təhlükəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.

İndiyədək 360 mindən çox insanın təxliyə olunduğu Kumamoto prefekturasının cənub-qərbində də çətin vəziyyət yaranıb.

Yaponiyanın cənub-qərbində hər yay güclü leysan yağışları müşahidə olunur ki, bu da çay daşqınlarına, sürüşmələrə və insan tələfatına səbəb olur. (apa)

Exit mobile version