Site icon Aznews TV

Yaponiyalı nazir Kiyevdəki brifinqi zirzəmidə keçirib

Bu barədə Ukraynanın “Kanal 24” telekanalı məlumat yayıb.

Materialda bildirilir ki, jurnalistlər üçün keçirilən brifinqdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba da iştirak edib.

Eyni zamanda, tədbirdən olan videogörüntülərdə hər iki diplomatın “yüksək gərginlik” və “həyat üçün təhlükəli” sözləri yazılmış elektrik lövhələrinin yanında oturduğu görünür.

KİV-in məlumatına görə, şəhərdə hava hücumu xəbərdarlığı səbəbindən diplomatlar belə şəraitdə brifinq keçirməli olublar.

Exit mobile version