Dünyaİran

Yaponiyanın İrandan neft idxalı apreldə əvvəlki aya görə 51 faiz azalaraq gündəlik 141 min 712 barrelə düşüb.

Aznews.tv xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Bildirilir ki, martda Yaponiya İrandan sutkada 292 min 648 barrel xam neft idxal edib, apreldə isə bu göstərici 141 min 712 barrelə geriləyib.

Apreldə Yaponiya sutkalıq 3 milyon 55 min 897 barrel neft alıb ki, bunun da 88 faizi Yaxın Şərq bölgəsindən təmin olunub. Yaponiya ən çox nefti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alıb.

Rəsmi Vaşinqtonun İrana sanksiyaları çərçivəsində keçən ilin noyabrda bu ölkədən neft alan və aralarında Yaponiyanın da olduğu 8 dövlətə güzəşt tətbiq etmişdi. Lakin mayın 2-dən bu güzəştin ləğvi ilə əlaqədar Yaponiyanın ötən ay İrandan neft tədarükünü tamamilə dayandığı bildirilir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button