Site icon Aznews TV

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Fumio Kisida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib.

“Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”, – o vurğulayıb.

Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin indiyə qədər heç bir qərar qəbul edilməyib.

Exit mobile version