Cəmiyyətİran

Yaşar Nikru Rəştin İnqilab Məhkəməsinə çağırılıb

Azərbaycan milli fəal Yaşar Nikru Rəştin İnqilab Məhkəməsinə çağırılıb.

Aznews.tv xəbər verir ki, məhkəmənin 14-cü şöbəsi fəala çağırış vərəqəsi göndərərək, ondan 5 gün ərzində məhkəməyə müraciət etməsini istəyib.

Son məlumata görə, Yaşar Nikru bugün məhkəməyə müraciət edib, barəsində səsləndirilən ittihamlarla bağlı özünü müdafiə edib.

Hələlik hansı ittihamların irəli sürüldüyü barədə heç bir xəbər yoxdur.

Qeyd edək ki, Yaşar Nikru sonuncu dəfə Rəşt şəhər ETTELAAT İdarəsi tərəfindən tutularaq naməlum yerə aparılıb. O, 16 gün saxlandıqdan sonra azad edilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close