BölgəİranSiyasət

Yeni araşdırma: Silahlı qruplaşmalar İslam Respublikası üçün raket və nüvə silahından daha vacibdir

Aznews.tv Londonda yerləşən Britaniyanın nüfuzlu düşüncə mərkəzi olan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun yeni hesabatına görə, İran İslam Respublikası üçün bölgədə yaraqlılardan formalaşdırdığı şəbəkə nüvə və raket proqramlarından daha vacibdir.

İnstitutun özü belə bir nəticəyə gəlir ki, İslam Respublikasının dəstəklədiyi qruplaşmalardan ibarət şəbəkələr strateji və hərbi baxımdan nüvə və raket proqramlarından daha effektivdir və hazırda Yaxın Şərqdəki güc balansı sahəsində tərəzinin gözü “İranın xeyrinə ağır gəlir”.

Belə bir qənaətə gəlindiyi bir halda, ABŞ və müttəfiqlərinin təzyiqləri, xüsusən son dövrlərdə İranın nüvə və raket proqramlarını əngəlləmək üçün səyləri İranın nüvə və raket proqramlarını nəzarətdə saxlamağa yönəlib və bu məqsədlə İrana qarşı ağır sanksiyalar tətbiq edib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) yeni hesabatında yazır: Qərblə indiki qarşıdurmalarda İranın “üstünlük verdiyi silah” həmin yaraqlılar şəbəkəsidir.

İnstitut xəbərdarlıq edib: “Qərb gücləri bu yaraqlılar vasitəsi ilə İslam Respublikasının regional “güc toplamasının” miqyasından bir qədər xəbərsiz olublar”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close