Site icon Aznews TV

Yeni doğulmuşlara azərbaycanca adların qoyulmasına qadağa siyasəti davam edir

Azərbaycanlı körpə Vulkanın doğum günündən 1 il keçsə də, ona kimlik sənədi verilmir. Təbriz rayonu VVAQ İdarəsi Vulkanın adının Azərbaycan dilində olduğuna görə ona daxili pasport vermir.

Nəticədə 1 ildir ki, müvafiq qurumlar tərəfindən körpə üçün vacib səhiyyə xidmətlərinin göstərilməsi mümkün olmur.

Vulkanın atası Rəhmanın dediyinə istinadən,  bu barədə məhkəməyə müraciət etsə də, yenə uşağına həmin adın qoyulmasına qarşı qərar çıxarılmaqla icazə verilməyib.

Qeyd edək ki,  İranda Azərbaycan dilində adların qoyulmasına hakimiyyətin icraçı qurumları tərəfindən mümkün qədər qarşı çıxılır.

Bildirək ki, İranda yenidoğulmuşlara avtomatik vətəndaşlıq statusu olaraq daxili pasport deyilən kimlik sənədi 1 gün nərzində verilir.

Exit mobile version