
Həftə ərzində planetimizə beş asteroid yaxınlaşacaq.
Bu barədə NASA məlumat yayıb.
Sözügedən asteroidlərdən ikisi Yerə Aydan daha yaxın məsafədən keçəcək.
Səma cisimlərindən üçü dekabrın 16-da (ABŞ vaxtı ilə) planetimizə yaxınlaşacaq, onların diametrləri 10-24 metr təşkil edir.
Onlardan Yerə ən yaxın keçəni 343 min kilometr məsafədən keçəcək.
Digər iki asteroid isə dekabrın 18-də Yerə yaxınlaşacaq. Diametrləri 6,8 metr və 30 metrdir. Onlardan daha kiçiyi planetimizdən 57,1 min kilometr məsafədən keçəcək.