İran

Zənganda yol qəzalarının qurbanlarının sayı artır

“Bu ilin doqquz ayında Zəngan ustanının yollarında baş verən təsadüflərdə 177 kişi ilə qadın dünyasını dəyişib”. Bu sözləri Zəngan ustanının yol polisi rəisinin müavini sərhəng Mehdi Mi:na:xani deyib. Onun sözlərinə görə, azər ayında 6 kişi ilə qadın yol təsadüflərinin qurbanı olub. Aban ayında isə yol hadisələrində 16 nəfər ölüb. Bu rəqəmin keçən il 21 olduğunu deyən Mi:na:xani yüzdə 24 azalmanın olmasına diqqət çəkib. Fərvərdin ayının əvvəlindən aban ayının sonuna qədər ustanın birləşdirici yollarında ümumilikdə 171 nəfər ölüb. Ötən il isə bu rəqəm 193 kimi qeydə alınıb. Bu da ötən illə müqayisədə yüzdə 11 azalma deməkdir. Mi:na:xaninin sözlərinə görə, koronavirus məhdudiyyətlərinin icrası nəqliyyat vasitələrinin hərəkətini azaldıb. Yolların boş olması sürücülərin yüksək sürətlə hərəkət etməsinə bu hadisələrə səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button