Azərbaycan

Ərdəbil əyalətində quraqlıq və su böhranı şiddətlənib

Ərdəbil əyalətində quraqlıq və su böhranı şiddətlənib. Bu barədə Ərdəbil əyalətinin Meteorologiya İdarəsinin başçısı Siyavuş Məhəmmədi açıqlama verib.

Siyavuş Məhəmmədi deyib ki, yağıntıların azalması səbəbindən əyalətdə su çatışmazlığı yaranıb və bəndlərin arxasında mövcud olan su həcmi kəskin azalıb.

Onun sözlərinə görə cari günəş ilinin ilk 6 ayı ərzində əyalətdə qeydə alınan yağıntı miqdari 75 mm olmaqla ötən ilin eyni dövrünə nisbətdə 64%, uzun müddətli dövrlə müqayisədə isə 54% azalıb.

Məhəmmədi 2020-2021-ci illərdə Ərdəbil əyalətinin ortalama 85% ərazilərində mülayim və şiddətli quraqlıq hökm sürüb.

Ərdəbil Yerli Su Şirkətinin su istismarı və qurğuları üzrə sədr müavini Firuz Nidayi bəndlərin arxasındakı su həcminin azalmasını narahatediciigəran edici hal adlandırıb.

O, əyalətin su bəndlərinin tutumunun ortalama 400 milyon kubmetr su saxlamağa hesablandığı halda, hazırda bəndlər arxasında mövcud olan su həcminin 86 mlyon kubmetr olduğunu deyib.

Əyalətin Su Ehtiyatlarının Mühafizəsi və İstismarı İdarəsinin direktoru və Ərdəbil Yerli Su Şirkətinin Bərpası və Balanslaşdırılması Layihəsinin icraçı nümayəndəsi Davər Bəstam təmsil etdiyi idarənin 30 şəhər və 991 kəndə nəzarət etdiyini, 400 kənddə su çatışmazlığı yaşandığını bildirib.

Onun sözlərinə görə, cari günəş ilində quraqlıq əyalətin kənd təsərrüfatı sahəsinə 3900 milyard tümən xəsarət vurub.

“Belə davam edərsə 18 min kvadrat kilometr ərazidə yaşayan 1 milyon 280 min nəfər yaxın gələcəkdə daha ciddi problemlərlə üzləşəcək”-deyə, Bəstam xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button