Site icon Aznews TV

Yunanıstan saxladığı İran neftini Amerikaya təhvil verdi: Tehran etiraz etdi

Dəniz təhlükəsizliyi məsələlərini izləyən “Lloyds List” jurnalının məlumatına görə, rəsmi Vaşinqton “Ice Energy” adlı tankerini İran neftini müsadirə edərək Amerikaya aparması üçün Yunanıstana ezam edib və həmin neft Amerika Ədliyyə Nazirliyinin istəyi ilə bu ölkəyə təhvil verilib.

Bu addım İran hökumətinin kəskin etirazı ilə qarşılanıb. Belə ki, Yunanıstanın bu addımına etiraz edən İran Xarici İşlər Nazirliyi mayın 25-də Yunanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona kəskin etirazını bildirib.

Exit mobile version