DünyaİranSiyasət

Yunanistanın Baş naziri: “Adrian Darya” tankeri ölkəmizə doğru hərəkət etmir

Aznews.tv Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Adrian Darya-1 (keçmiş Grace-1) gəmisinin Yunanıstan limanlarına doğru hərəkət etmədiyini və Yunanıstan sahillərinə yan almaq üçün müraciət etmədiyini bildirib.

Bu xəbərin yayıldığı bir halda, daha əvvəl bir sıra mənbələr Adrian Darya-1 super tankerinin Cəbəlüttariqi tərk etdikdən sonra Yunanıstanın Kalamata limanına doğru hərəkət etdiyini bildirirdi.

Gəmi marşrutu izləmə saytlarının, o cümlədən “gəmi tapan” saytının verdiyi məlumata görə, İran bayrağı altında üzən tankerin istiqamətinin Yunanistanın Kalamata limanı olduğu bildirilirdi. Sayt bu limanın gəliş tarixinin 26 avqust olduğunu qeyd edib.

Daha əvvəl də Yunanıstan hökumətinin digər iki üzvü Adrian Darya-1 gəmisinin bu ölkənin limanlarına yan alması qərarına şübhə ilə yanaşdıqlarını bildirmişdilər.

Qeyd edək ki, neft tankeri 6 həftəlik saxlanmadan sonra, nəhayət nəhayət Cəbəlüttariqin Ali Məhkəməsinin qərarı ilə  avqustun 18-i, bazar günü gecə saat 23-də Cəbəlüttariqi tərk edib.

Reuters xəbər agentliyi iki gün əvvəl bir ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ “Adrian Darya-1 tankerinə kömək etməsi” ilə bağlı Yunanıstana xəbərdar edib.

Britaniya Krallığı Donanması tərəfindən Cəbəlüttariq sahil sularında Grace-1 neft tankerinin saxlanılması Tehran və London arasında kəskin diplomatik gərginliyə səbəb olub. O vaxt Cəbəllütariq rəsmiləri tankerin istiqamətinin Suriya olduğu və bu ölkəyə neft nəqlinin Avropa Birliyinin Suriya hökumətinə qarşı sanksiyalarını pozduğunu vurğulamışdı.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button