
Güney azərbaycanlı milli, mədəni fəal Yusif Kari fərvərdinin 25-i axşam saatlarında Ərdəbil həbsxanasının 1-ci bəndinə qaytarılıb. Bildirək ki, fərvərdinin 22-də Yusif Kari Ərdəbil həbsxanasının 1-ci bölməsində axtarış aparan nəzarətçilərin aşağılayıcı davranışlarına etirazını bildirib. Buna görə də nəzarətçilərin fiziki zorakılağına məruz qalıb. Həbsxana gözətçiləri qanunsuz olaraq fəalı qandallayıblar və ona baş ilə üz nahiyələrinə zərbələr vuraraq yaralayıblar. Baş və üz nahiyəsindən yaralanan milli fəal Yusif Kari həbsxananın Qərəntinə və tərk etiyad bölməsinə köçürülüb. Təvanbəxşi bölməsinin məsulu Noruzi fəalla yeni ittim pərvəndəsi açılması ilə təhdid edib. “Ölkə Rəhbəri və sistemə qarşı ihanət ittihamı ilə məhkumluq dövrün uzadılacaq. Həbsxananı sənin üçün cəhənnəmə çevirəcəyəm”-deyə, o, bildirib. Qeyd edək ki, Yusif Kari 3 septambr 2019-cu ildə tutuqlandıqdan sonra Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Sonradan bu qərar Təcdide-Nəzər Məhkəməsinin 13-cü şöbəsi tərəfindən 2 il həbs cəzasına endirilib.