Cəmiyyətİran

Zəlzələ bölgəsində çadırda kömür yanacağından istifadə iki nəfərin həyatına son qoydu

Aznews.tv xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin rəisi: Sərab rayonunun Şalqun kəndində zəlzələyə məruz qalan ərazilərdə qurulan çadırlarda kömür yanacağından istifadə cütlüyün ölümünə səbəb olub.

Şənbə günü jurnalistlərə açıqlama verən Məhəmməd Baqer Hünərbər deyib: Hadisə nəticəsində 1975-ci il təvəllüdlü Hüseyn İzzəti və 1978-ci il təvəllüdlü Səidə İrani zəlzələdən qorxaraq çadırda yerləşdiklərinə və istilik üçün kömür yanacağından istifadə etdiklərinə görə dəm qazından zəhərlənərək həyatlarını itirib və hazırda 15 günlük Əmir Rza İzzətinin vəziyyəti ağırdır.

İRNA-nın məlumatına görə, o əlavə edib: “Miyana və Sərab bölgələrində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 28 nəfər isə hazırda Təbriz, Miyana və Sərab xəstəxanalarında müalicə olunur”.

Hünərbər deyib: Miyanada 14 yaralı, Sərabda 12 yaralı və Təbrizdə 2 yaralı xəstəxanaya yerləşdirilib.

O, çadırlarda yerləşən ailələrə istilik üçün təhlükəsiz cihazlardan istifadə etmələrini tövsiyə edib.

Qeyd edək ki, ötən cümə günü səhər saat 02.17 radələrində Şərqi Azərbaycanda 5,9 bal gücündə zəlzələ baş verib və indiyədək 160 yeraltı təkan qeydə alınıb. Sonuncu yeraltı təkan bu gün, şənbə saat 07:07-də 2.6 rixter Miyananın Türkmənçay qəsəbəsini silkələyib.

Zəlzələ nəticəsində indiyədək 7 nəfər ölüb, 529 nəfər yaralanıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close