Dünya

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb. Bu barədə “Reuters“ məlumat yayıb.

Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitadalı zəlzələ baş verib.

Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub.

Yeraltı təkanlar paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.

Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Hələ də dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.

Axtarış xilasetmə işləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button