Site icon Aznews TV

Zəncanda “Dənizsiz Şəhər” türk poeziya toplusu işıq üzü görüb

Zəncan şəhərində yaşayan gənc azərbaycanlı yazıçı və şair Cavad kəriminin “Dənizsiz Şəhər” türk poeziya toplusu nəşr edilib.

104 səhifədə və “Savalan igidləri” nəşriyyatı tərəfindən çap edilən kitabda Kəriminin qoşma, dördlük, qəzəl və sərbəst şeirləri toplanıb.

Cavad Kərimi 1985-ci ildə Zəncanda anadan olmuşdur. Hüquq üzrə magistr dərəcəsinə malik olan gənc şairin türk ədəbiyyatı sahəsində əsərləri müxtəlif nəşrlərdə və kitablarda dərc olunub.

Exit mobile version