Site icon Aznews TV

Zəncanda məktəblinin cəzalandırılması ölümlə nətiələndi

Hadisə oktyabrın 2-də səhər saatlarında, şagirdin məktəb tərəfindən cəza olaraq həyətdə qaçmağa məcbur edilməsindən sonra baş verib.

Mərhumun əmisi bildirib ki, məktəb kameralarının görüntülərinə əsasən, Nima iki dəfə qaçdıqdan sonra növbəyə durmaq istədiyi an özünü pis hiss edib və yerə yıxılıb. Onun artıq çəkisi və yaşına görə fiziki yüklənməsi ürək dayanması ilə nəticələnib.

Zəncan Tibb Elmləri Universitetinin təcili yardım şöbəsinin müdiri İbrahim Xosrovşahi hadisə ilə bağlı açıqlamasında deyib ki, təcili yardım əməkdaşları dərhal hadisə yerinə göndərilsə də, məktəblini xilas etmək mümkün olmayıb.

Exit mobile version