Cəmiyyətİran

Zəncanın Gavazəng bölgəsində baş verən geniş yanğın söndürüldü

Gavazəngdə baş verən yanğın, təxminən, dağın əlli faizindən daha çoxunu külə döndərəndən sonra söndürülüb.

Aznews.tv İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Zəncan Şəhər Bələdiyyəsinin Yanğın Söndürmə Təşkilatının əməliyyat müavini Fuad Həbibi məlumat verib.

“Yanğın otlaqlarda baş verib və yabanı bitən otlar yanıb. Gavazəngdə olan briqada onların köməyinə gələn ekipajla birlikdə yanğını söndürüb. Yanğın dağda baş verdiyi üçün təxminən, dağın yarısı yanaraq külə dönüb. Yanğını genişmiqyaslı yanğın hesab etmək olar. Son zamanlar bölgədə tez-tez yanğınlar baş verir və hər gün yanğın söndürən briqadamız yanğın yerinə göndərilir”, – Həbibi bildirib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button