İran

İranın Abadan neft emalı zavodunda partlayış

İranın Abadanda yerləşən neft emal zavodunda güclü partlayış səsi eşidilib. Abadan neft şirkətinin rəsmisi iddia edib ki, partlayış səsi emal prosesində sobada oksigenin yanması ilə əlaqədardır və heç bir xəsarət və dağıntı yoxdur.

Mehr xəbər ajansının yaydığı məlumatda deyilir ki, səhər saatlarında Abadan əhalisi partlayış səsindən vahiməyə düşərək küçələrə axışıb.

Qeyd edək ki, son illərdə İranın neft emalı müəssisələri, nüvə təsisatları və raket sənayesi komplekslərində çoxlu partlayışlar baş verməkdədir və İran rəsmiləri bunu qəza adlandırır.

İranın yanacağa olan tələbatının 25%-ni təmin edən Abadan neft emalı zavodu ölkənin ən böyük və köhnə zavodlarından biridir. Zavod 1912-ci ildə istifadəyə verilib.

Related Articles

Bir cavab yazın

Back to top button