İranSiyasət

Zərif: İran “Nüvə razılaşması”nın yenidən müzakirə edilməsinə “yox” deyir

Yeni bir razılaşmaya ehtiyac duyuruq.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında yazıb. O, ABŞ-ın eks-prezidenti Barak Obama ilə “Nüvə sazişi” anlaşmasını imzaladıqlarını və Donald Trump ilə razılaşma əldə etməyəcəklərini söyləyib.

“İran diplomatiyaya inanır, ancaq nüvə sazişinə yenidən baxmağın lazım deyil. Üç Avropa ölkəsi nüvə razılaşması üzərindəki öhdəliklərinə əməl etdiklərini iddia edir. Avropa şirkətləri İrandan çıxdı və İrandan neft alışını sıfıra endirdilər. İranla bank fəaliyyətini məhdudlaşdırdılar. Avropa şirkətləri İrandan çıxdı və sanksiyalardan azad edilən ərzaq və dərmanları belə bizə satmadılar”, – deyə İngiltərə, Fransa və Almaniyanın münaqişələrin həlli mexanizmi qərarını tənqid edən Zərif bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close