İranSiyasət

İran XİN rəhbəri: Ölkədə trilyonlarla tümən çirkli pulların yuyulması baş verir

Aznews.tv-nin “Azadlıq radiosu”na istinadən məlumatına görə, “İslam Respublikası çirkli pulların yuyulması ittihamından uzaqdır”,-deyən İranın Xarici işlər naziri bildirib ki, ölkədə trilyonlarla tümən çirkli pulların yuyulması baş verir.

Məhəmməd Cavad Zərif noyabrın 3-də İran parlamentinin açıq iclasındakı çıxışı zamanı çirkli pulların yuyulmasına dair suala cavab olaraq, daha əvvəl bu barədə verilən açıqlamaların təkcə ona aid olmadığını və “ölkənin müxtəlif vəzifəli şəxsləri”nin bu açıqlamaları verdiyini vurğulayıb.

O eyni zamanda bildirib ki, “şəxsi mənafelər” güdən “təzyiq qrupları” İranın “Terrorçuluq və çirkli pulların yuyulması” ilə mübarizəyə dair Konvensiyaya qoşulmasını istəmir.

Keçən ilin noyabr ayının 12 tarixində etdiyi çıxışa toxunan İran Xarici İşlər naziri deyib: “Mən bildirdim ki, İslam Respublikasında çirkli pulların yuyulmasından qazanc əldə edən təzyiq qrupları var. Onlar trilyonlarla tümən dəyərində çirkli pulların yuyulmasından gəlir əldə edir ki, belə olmasaydı, Məhkəmə Orqanı və hökumət tərəfindən çirkli pulların yuyulması ilə mübarizə haqqında 60 səhifəlik Məcəllə təsdiqlənməzdi”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close