Bölgəİran

Zərif Tehranda Talibanın müavini ilə görüşdü

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tehranda Taliban hərəkatının nümayəndələri ilə görüşüb.

Bu məlumatı Talibanın mətbuat katibi Suhayl Şahin yayıb. O, Tehrana gedən nümayəndə heyətinə hərəkatın rəhbərinin müavini və Qətərdəki siyasi ofisinin rəhbəri molla Bəradar Axundun rəhbərlik etdiyini deyib.

Şahin tərəflərin görüş zamanı Əfqanıstandakı sülh prosesini müzakirə etdiklərini bildirib.

Talibanın Qətərdəki ofisinin sözçüsü Suheyl Şahin Tvitterdəki hesabında bu səfəri qeyd edərək tərəflərin sülh prosesi və İranda əfqan muhacirlərə aid problemlərlə bağlı danışdıqlarını bildirib.

Əfqanıstanın bir sıra daxili mətbuatı da bu görüşlə bağlı xəbər veriblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close