Site icon Aznews TV

Zəlzələnin 212-ci saatı: 77 yaşlı qadın xilas edildi

Aznews Tv”Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələnin 212-ci saatında 77 yaşlı qadın yaşayış binasının dağıntıları altından çıxarılıb.

7 mərtəbəli binanın dağıntıları altından xilas olunan Fatma Güngörə ilkin tibbi yardım göstərilib və təcili yardımla xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.

Exit mobile version