Site icon Aznews TV

Zəncan və Təbrizdə təqaüdçülər etiraz aksiyası keçirdilər

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçılar “vədləriniz yaxşıdır, ancaq hamısı yalandır”, “haqqımızı almayınca susmayacayıq”, “süfrələrimiz boşdur” və başqa bu kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, İranda Rabitə Nazirliyi və Təhsil Nazirliyinin işçiləri iki ildir hər həftə ənənəvi etiraz aksiyası keçirirlər.

Exit mobile version