Site icon Aznews TV

Zəncanda milli fəallara dəstək aksiyası keçirilib

Məhbus fəalların fotoları olan posterlər şəhər küçələrinin divarlarına yapışdırılıb, ictimai yerlərdə paylanılıb.

Posterlərdə milli fəalların fotoları altında həbsdə olan güneyli repçi Milad Cəlilinin (İlşən) oxuduğu mahnının sözləri yazılıb: “Nə qədər ki hakimlik var, məhkumluq var, mən varam, zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram”.

9 sentyabrdan başlayaraq Güney Azərbaycanın bir neçə şəhərində, xüsusilə Təbrizdə çox sayda milli fəal həbs edilib. Onlar Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölmələrinin təcridxanalarına köçürülüblər. Saxlanılan fəalların ittihamları, həbs səbəbləri barədə məlumat verilmir. Onların ailələri ilə telefon əlaqəsi saxlamalarına da icazə yoxdur.

#MilliFeal

Exit mobile version